Rusiya və Ukrayna arasındakı müharibə diplomatiya yolu ilə həll olunacaq.
AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Türkiyə məsələnin həll olunması üçün aktiv şəkildə iştirak edəcək:
“Tərəflərin masaya qayıtması üçün əlimizdən gələni edəcəyik. Müharibə uzandıqca tərəflərin bir masa arxasında əyləşməsi asan deyil. Təəssüf ki, Rusiya zəifləsin deyə, müharibənin uzanmasını istəyən ölkələr var. Hətta bu taxıl müqaviləsini əngəlləməyə çalışan ölkələr var idi”.