Rusiya silahlanmanın yeni mərhələsinə başlayır – Yevseyev

Rusiya silahlanmanın yeni mərhələsinə başlayır – Yevseyev

Ukraynada Rusiya ordusu mövcud “Qrad”, “Uraqan” və “Tornado”lardan istifadə edir, lakin yeni silah növlərini əməliyyatlara cəlb etməyib. Rusiyanın müasir radioelektron mübarizə vasitələrinin, xüsusilə dronlara qarşı istifadəsi də istisna edilmir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.

Onun sözlərinə görə, Rusiya lazer sistemlərinin sayını artıra bilər ki, bu da pilotsuz təyyarələrə qarşı mübarizədə olduqca faydalıdır.

“Xüsusilə, Rusiya ordusu “Xəncər” (“Kinjal”) raketlərinin, eləcə də dəniz bazalı səsdən sürətli raketlərin istifadəsini artıra bilər. Ukraynada son vaxtlara qədər istifadə olunmayan yeni silah modellərindən istifadə etmək mümkündür. Rusiya müasir silahlanmanın sınaqdan keçirilməsinin yeni mərhələsinə başlayır”, – ekspert bildirib.

Teqlər: