Rusiya Yerevanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına töhfə verməyə hazırdır – Zaxarova

Rəsmi Moskva Yerevanla Bakı arasında sülh müqaviləsinin
bağlanmasına töhfə vermək əzmindədir.

Trend xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin
rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bakının təklif etdiyi “Azərbaycan və Ermənistan arasında
dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsipləri” və
Yerevanın onlara reaksiyası sülh müqaviləsi üzrə
Azərbaycan-Ermənistan danışıqlarının başlanması üçün zəmin kimi
xidmət etməlidir.

“Rusiya Yerevanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına
töhfə vermək əzmindədir”, – deyə M.Zaxarova bildirib.

Teqlər: