Rusiya XİN-dən Baydenə Kosova xatırlatması…

Rusiya XİN-dən Baydenə Kosova xatırlatması…

Amerika prezidentinin Kosova ilə nə əlaqəsi var? Tərəflər arasında birbaşa ikitərəfli danışıqların nə vaxt başa çatdığını xatırlatmaq istərdinizmi? Təbii ki, xatırlamayacaq.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Prezidenti Co Baydenin Fələstinin müstəqilliyi ilə bağlı mövqeyini şərh edərkən deyib.

“Belqrad və Priştina arasında nə regionun müstəqilliyinin tanınması ilə nəticələnəcək danışıqlar, nə də Kosovanın özündə legitim referendum baş tutdu”, – Zaxarova vurğulayıb.

Qeyd edək ki, daha öncə Bayden Fələstin dövlətinin birtərəfli tanınma yolu ilə deyil, tərəflər arasında birbaşa danışıqlar yolu ilə yaradılmalı olduğunu bildirib.

Teqlər: