Rusiya XİN Azərbaycan və Türkiyənin Ukraynadakı vəziyyətin diplomatik yolla nizamlanmasına töhfə verməklə bağlı təkliflərinə cavab verib

Rusiya Ukraynadakı vəziyyətin diplomatik yolla nizamlanmasına
töhfə verməyə hazır olduqlarını ifadə edən Türkiyə və Azərbaycan da
daxil olmaqla hər kəsə minnətdardır.

AzerTimes-ın məlumatına görə, bunu brifinq zamanı Rusiya Xarici
İşlər Nazirliyinin rəsmi nmayəndəsi Mariya Zaxarova deyib.

“Biz ölkələrin təklif etdiyi yardımdan heç vaxt imtina
etməmişik. İndi biz bütün konstruktiv təklifləri nəzərdən
keçiririk. Biz faydalı, effektiv təşəbbüslərə, ən azı hansısa
nəticələrə gətirib çıxara biləcək təşəbbüslərə cavab veririk.

Digər tərəfdən, görüşlər naminə görüşlər və təşəbbüslər naminə
təşəbbüslər də seçim deyil. Ona görə də konstruktiv olan hər şey
nəzərə alınacaq.

Eyni zamanda, biz bu cür vasitəçilik və diplomatik nizamlanmaya
kömək etmək üçün öz hazırlığını və seçimini ifadə edən hər kəsə
minnətdarıq”, – deyə M.Zaxarova bildirib.

Teqlər: