Rusiya Xəzərdən Ukraynanın bu şəhərlərini vurdu

Rusiya Xəzərdən Ukraynanın bu şəhərlərini vurdu

Ukrayna şəhərləri növbəti dəfə raket atəşinə tutulub.

AzerTimes Ukrayna mətbuatına istinadən xəbər verir ki, səhər saatlarından etibarən paytaxt Kiyev, Lvov, Ternopol, Vinnitsa, Odessa şəhərləri raket və kamikadze dronların hücumuna məruz qalıb.

Məlumata görə, Rusiya ordusu 2 “Şahid-136” dronu vasitəsilə Vinnitsadakı Ladıjinsk İstilik Elektrik Stansiyasını vurub.

Raketlərin isə Tu-95 təyyarələri vasitəsilə Xəzər dənizi üzərindən buraxıldığı bildirilir.

Teqlər: