Rus qoşunları bu gün (iyunun 9-u – red.) zərbələrini Xarkov vilayətinin şimal və şimal-şərq istiqamətində yerləşən yaşayış məntəqələrinə yönəldib.
AzerTimes xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinequbov məlumat yayıb.
“Düşmən Zoloçiv şəhərində fərdi yaşayış evlərinə hücum edib. 5 ev dağıdılıb”, – Sinequbov bildirib.
O deyib ki, bütün gün ərzində Xarkov vilayətinin atəşə tutulması nəticəsində 14 nəfər yaralanıb, 5 mülki şəxs həlak olub.