Moskvada “Bakı” kinoteatrı illər sonra fəaliyyətə başlayacaq

Moskvada “Bakı” kinoteatrı illər sonra fəaliyyətə başlayacaq

Sovet dönəmində inşa edilən 10-dan çox kinoteatr yenidən qurulub. Xüsusən, “Bakı” kinoteatrının yenidənqurmadan sonra ilin sonunda açılması planlaşdırılır.

AzerTimes xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin deyib.

Onun sözlərinə görə, açılışından sonra burada uşaq əyləncə guşələri və restoran fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Bakı” kinoteatrı 1974-cü ildə tikilib. Onun dizaynında ənənəvi Azərbaycan memarlığının motivlərindən istifadə edilib. Kinoteatrın yenidən qurulmasına 2019-cu ildə başlanılıb. Təmir işləri ADG qrupu tərəfindən həyata keçirilir.

Teqlər: