Rusiya vəziyyəti dəyişir, Paşinyan qaçacaq – Badalyan

Rusiya vəziyyəti dəyişir, Paşinyan qaçacaq – Badalyan

Əgər Rusiya Ukrayna cəbhəsində uğur qazansa, Ermənistanın daxili siyasi həyatında vəziyyət dəyişəcək. Müəyyən bir fiqurun (Paşinyan – red.) hakimiyyətdə qalmaqla bağlı problemləri olacaq, siyasi sığınacaq almağa ehtiyac yaranacaq. Hazırki hakimiyyət gələcək siyasi sığınacaq məsələsini artıq həll etməyə çalışır.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan deyib.

“İndi müəyyən addımlar atılır ki, bu da sonrakı sığınacaq üçün Qərbə bir növ avans ödənişi sayılmalıdır. Buna ilk növbədə Ermənistanın AB-yə müşahidə missiyası göndərilməsi ilə bağlı müraciətidir. Hakimiyyət orqanlarının bu cür hərəkətlərinə sonradan parlamentdə ratifikasiya edilməli olan BCM-nin Roma Statutuna dair Konstitusiya Məhkəməsinin qərarı da daxil edilməlidir”, – o bildirib.

Badalyan vurğulayıb ki, Rusiya da cavab verməkdə gecikmir:

“Ermənistandan idxal edilən süd məhsullarının keyfiyyəti ilə bağlı Rusiya tərəfinin qəfil aşkarladığı problemlər yalnız ilk əlamətdir. Növbəti mərhələdə Ermənistandan qeyri-qanuni miqrasiya problemi qaldırılacaq. Rusiyanın bir sıra fiqurları Ermənistan hakimiyyətinə qarşı indiyədək müşahidə olunmayan sərt bəyanatlara əl atırlar. Bu bəyanatlar Ermənistanda gələcək proseslərin xəbərçisidir”.

Teqlər: