Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü İstanbulda prezident iqamətgahında baş tutacaq

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sabaha
planlaşdırılan danışıqlar İstanbuldakı “Dolmabağça” prezident
iqamətgahında keçiriləcək.

AzerTimes-ın məlumatına görə, görüşün bağlı qapılar arxasında
keçiriləcəyi və yerli vaxtla saat 10:30-da başlayacağı
gözlənilir.

Media nümayəndələri iqamətgahın qarşısındakı xüsusi ayrılmış
ərazidən reportajlar apara biləcəklər.

Teqlər: