Ərdoğan Putin və Zelenski ilə danışıqlarında müsbət irəliləyişlər olduğunu açıqlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna
həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə telefon
danışıqlarının müsbət istiqamətdə inkişaf etdiyini bildirib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə prezidenti ölkənin Nazirlər
Kabinetinin iclasından sonra çıxışında deyib.

Türkiyə dövlət başçısı onu da bildirib ki, sabah İstanbulda
keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarından əvvəl
Türkiyə tərəfi nümayəndə heyətlərinin üzvləri ilə qısa görüş
keçirəcək.