Rusiya və Ukrayna ilə bağlı vəziyyət qlobal ərzaq təhlükəsizliyinin pisləşməsinə yol aça bilər – FAO

Dünya istehsal və ərzaq tədarükü zəncirində vacib yer tutan
Rusiya və Ukrayna ilə bağlı vəziyyət qlobal ərzaq təhlükəsizliyinin
pisləşməsinə yol aça bilər.

Trend-in
məlumatına görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) baş direktoru Tsuy Dunyuy deyib.

O bildirib ki, bu ölkələrdən taxıl və dənli bitkilərin tədarük
zəncirində fasilələlər, eləcə də Rusiyaya tətbiq edilən ixrac
məhdudiyyətləri ərzaq təhlükəsizliyinin səviyyəsinə təsir
edəcək.

“Bunu ilk növbədə Rusiya və Ukraynadan 30 fazidən çox taxıl alan
əlliyə yaxın ölkə hiss edəcək. Bu ölkələrin əksəriyyəti Afrikanın
şimalında, Asiya və Yaxın Şərqdə yerləşir və azgəlirli, ərzaq
çatışmazlığı qeydə alınan ökələr sırasındadır”, – deyə o
bildirib.

FAO baş direktoru ərzaq qiymətlərinin bahalaşması riski barədə
də xəbərdarlıq edib.