Rusiya və Tacikistan hərbi təlim keçirir

Rusiya və Tacikistan hərbi təlim keçirir

Rusiya və Tacikistanın hərbi kontingenti Əfqanıstanla sərhədin 20 kilometrliyində yerləşən Tacikistanın “Hərb-Maydan” poliqonunda birgə təlimlərə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Mərkəz Hərbi Dairənin mətbuat xidməti məlumat yayıb.

”Təlimlər aprelin 7-dək davam edəcək. Təlimdə Rusiya və Tacikistanın hərbi kontingentləri dağlıq ərazilərdə qeyri-qanuni şərti silahlı birləşmələrin məhv edilməsi üzrə birgə əməliyyatın hazırlanması və keçirilməsini məşq edəcəklər. Eyni zamanda, qanunsuz silahlı birləşmələrin qarşısının alınması və məhv edilməsi zamanı birləşmiş qüvvələrin bölmələrinin idarə edilməsi göstəriləcək”, – məlumatda deyilir.

Teqlər: