Rusiya və İrandan dəstək gözləyirəm – Ərdoğan

Rusiya və İrandan dəstək gözləyirəm – Ərdoğan

Suriya böhranından irəli gələn problemlər danışıqları zəruri edir. Astana platforması konkret addımlar ata biləcək yeganə təşəbbüsdür. Gözləntimiz Rusiya və İrandan Türkiyəyə bu mübarizədə dəstək verməkdir.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin Astana prosesi sammitində çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib ki, PKK, PYD, YPG terroru hamının ortaq problemidir:

“Suriyanın ərazi bütövlüyünə ən böyük maneə terrordur. Fərat çayının şərqində terror aktları davam edir. Qarşıdakı dövrlərdə də qanlı terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Ümid edirəm ki, bu gün qəbul edəcəyimiz qərarlar Suriyadakı siyasi keçid prosesinə kömək edəcək. Terror təşkilatlarının xarici dəstəyi ilə Suriyanın bölünməsi prosesinə töhfə verir”

Onun sözlərinə görə, Türkiyədən 500 mindən çox suriyalı terrorçulardan təmizlənən məntəqələrə qayıdıb:

“Suriyada hər zamankindən daha çox köməyə ehtiyac var. Astanalı tərəfdaşlarımızdan da eyni anlayışı gözləyirik. BMT-nin transsərhəd mexanizmi 6 ay müddətinə uzadılıb. Aydındır ki, bu müddət bütün Suriyaya yardımın planlaşdırılması üçün kifayət deyil. Yeni əməkdaşlığı inkişaf etdirməyə imkan verən daha çox sammit görüşlərinin keçirilməsi faydalı olardı”.

Teqlər: