Rusiya və İran birgə təlimlər keçirəcək

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiya və İran Hərbi Dəniz Qüvvələri Hind okeanında birgə təlimlər keçirəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə İran ordusunun mətbuat xidməti bildirib.

Qeyd olunub ki, təlimlər fevralın 16-da başlayacaq.


“Dəniz təhlükəsizliyi kəməri” adı verilən təlimlər Hind okeanının şimal hissəsində keçiriləcək.