Rusiya və İran 40 milyardlıq saziş imzaladı

Rusiya və İran 40 milyardlıq saziş imzaladı

İranla Rusiya dəyəri 40 milyard dollardan çox neft və qaz sazişi imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Ovci bildirib.

“Biz Rusiya ilə yataqların işlənməsi üçün 4 milyard dollar dəyərində anlaşma memorandumu, həmçinin qaz kəmərlərinin və mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı üçün qurğuların tikintisinə dair 40 milyard dollar məbləğində saziş imzalamışıq”, – nazir deyib.

Bundan əvvəl neft nazirinin müavini Əhməd Əsədzadə qeyd edib ki, Rusiya İran ərazisində yerləşən altı neft və iki qaz yatağının işlənməsinə başlamaq niyyətindədir.

Teqlər: