Rusiya və Belarus idmançılarının Qış Paralimpiya Oyunlarında iştirakı qadağan olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarus idmançılarının
Pekində keçiriləcək Qış Paralimpiya Oyunlarında iştirakını qadağan
edib.

Trend-in
məlumatına görə, bu barədə Komitənin mətbuat xidməti bildirib.

Qərar Ukraynada davam edən hərbi əməliyyatlarla əlaqədar qəbul
edilib.

Ötən gün Beynəlxalq Paralimpiya Komitəsi verdiyi qərarda hər iki
ölkə idmançılarının neytral statusda çıxışına icazə vermişdi. Bu
gün səhər saatlarında keçirilən iclasda isə idmançıların tamamilə
iştirakına qadağa qoyulub.

Qeyd edək ki, Qış Paralimpiya Oyunları martın 4-dən 13-dək
Pekində keçiriləcək.

Teqlər: