Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında”
Bəyannamə imzalanıb.
Trend xəbər verir ki, Bəyannaməyə əsasən, Rusiya Federasiyası və Azərbaycan
Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji
tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər
hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin
xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən
məsləhətləşmələr mexanizmini yaradırlar.