Rusiya və Azərbaycan arasında konstruktiv siyasi dialoq, səmərəli əməkdaşlıq genişlənir – Putin

Rusiya Prezidenti Vladimir Putin RF və Azərbaycan arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə
dövlətimizin başçısı İlham Əliyevi təbrik edib.

AzerTimes-ın məlumatına görə,
məktubda dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan
Rusiya-Azərbaycan əlaqələrinin inkişafı üçün ötən onilliklər
ərzində bir çox işlərin reallaşmasına nail olunduğu qeyd edilir.
Vurğulanır ki, ticari-iqtisadi, elmi-texniki, humanitar və digər
sahələrdə konstruktiv siyasi dialoq, səmərəli əməkdaşlıq
genişlənir. Keçən il və inişil bağlanmış üçtərəfli müqavilələrə
əsasən, Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin
möhkəmləndirilməsi üzərində birlikdə işləyirik.

“Bu il mühüm nailiyyətlə – Rusiya və Azərbaycan arasında
müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması
ilə əlamətdardır. Əminəm ki, ikitərəfli münasibətlərin yeni,
keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması xalqlarımızın təməl
maraqlarına uyğun gəlir”, – deyə təbrikdə bildirilir.

Teqlər: