Rusiya universitetlərində din dərsi keçiriləcək

Rusiya universitetlərində din dərsi keçiriləcək

Növbəti ilin martın 15-dək Rusiyada universitet tədris proqramlarına “Dinlərin tarixi” kursu daxil ediləcək.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin göstəriş verib.

“Dinlərin tarixi” tədris kursunun hazırlanması və universitet proqramlarına salınması ilə bağlı müvafiq hesabat 2023-cü il martın 15-dək təqdim edilməlidir. İcraya cavabdeh olaraq elm və ali təhsil naziri Valeri Falkov, prezidentin köməkçisi Vladimir Medinski və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin təyin edilib”, – məlumatda deyilir.

Teqlər: