Rusiya ümid edir ki, Soçidə Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması üçün perspektiv istiqamətlər müəyyənləşdiriləcək – Rudenko

Rusiya tərəfi ümid edir ki, Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündə Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması üçün perspektiv istiqamətlər müəyyənləşdiriləcək.

Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Onun sözlərinə görə, görüş 10 noyabr 2020-ci ildə üçtərəfli sazişin imzalanmasından sonra keçən ilin yekunlarını müzakirə etmək, sülh prosesini təşviq etmək üçün gələcək addımları nəzərdən keçirmək məqsədi daşıyır.

“Ümid edirik ki, bu görüşdə liderlər perspektiv istiqamətləri müəyyənləşdirəcək”, – deyə nazir müavini bildirib.

A.Rudenko vurğulayıb ki, Qarabağda tənzimləmə prosesində hər kəsə məlum olan problemlər qalmaqdadır.

“Bunlar nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasyası məsələləridir. Biz hələ də sərhəddə silahlı insidentlərin və insanların ölümünün şahidi oluruq”, – deyə o qeyd edib.

Teqlər: