Ağdaş sakininin üzərindən və yaşadığı evdən narkotik vasitə götürülüb (FOTO)

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı Kotanarx kənd sakini Ayaz Şahmuradov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan beş ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Keçirilmiş tədbirlərin davamı olaraq A.Şahmuradovun yaşadığı ünvana da baxış keçirilib və oradan aşkarlanmış qurudulmuş marixuana, eləcə də çətənə bitkisinin toxumları maddi sübut kimi istintaqa təvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Teqlər: