Rusiya Uman şəhərini atəşə tutdu: yaralılar var

Rusiya Uman şəhərini atəşə tutdu: yaralılar var

Rusiya Ukraynanın Çerkas vilayətinin Uman şəhərini atəşə tutub, 8 nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri İqor Taburets Teleqramda bildirib.

Onun sözlərinə görə, yaralananlardan 2-nin durumu ağırdır. Vilayət rəhbəri qeyd edib ki, raket zərbələri sənaye obyekti və avtoyumaya endirilib. İkinci hadisədə yanğın başlayıb.

Teqlər: