Rusiya Ukraynada öldürülən muzdluların sayını açıqladı

Rusiya Ukraynada öldürülən muzdluların sayını açıqladı

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak edən 5,9 mindən çox muzdlu hərbçini məhv edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Ümumilikdə, Ukraynaya 13,5 mindən çox muzdlu gəlib. Onların 8,5 mindən çoxu Avropadan, 1,7 mindən çoxu Asiyadan, 2,7 mindən çoxu Şimali və Cənubi Amerika ölkələrindən, 220-dən çoxu Afrikadan gələnlərdir. İndiyədək muzdluların 5,9 mindən çoxu öldürülüb, 5,6 mindən çoxu isə qaçıb. Hazırda 1,9 mindən çoxu hələ də döyüşür”, – məlumatda qeyd olunub.

Teqlər: