Rusiya Ukraynada nə qədər texnika itirib? – Hesabat

Rusiya Ukraynada nə qədər texnika itirib? – Hesabat

Fevralın 24-dən bəri Rusiya Ukraynada 5020 hərbi texnika itirib.

AzerTimes xəbər verir ki, bu barədə “Oryx” analitik layihəsinin hesabatında qeyd olunub.

Məlumata görə, hərbi təcavüzdən bəri Rusiyanın 3202 hərbi texnikası tamamilə məhv edilib, 103-ü zədələnib, 323-ü ruslar tərəfindən döyüş meydanında atılıb və 1392-si isə ələ keçirilib.

Bu müharibədə Rusiya 916 tank, 507 zirehli döyüş maşını və 987 PDM itirib.

Analitiklər isə Ukraynanın 1388 hərbi texnika itiridiyini qeyd ediblər. Onlardan 232-si tank, 116-sı zirehli döyüş maşını, 173-ü PDM-dir.

Teqlər: