Rusiya Ukraynada bu qədər zabit itirib – Şok rəqəm

Rusiya Ukraynada bu qədər zabit itirib – Şok rəqəm

Rusiya ordusunun Ukraynadakı müharibədə itirdiyi zabitlərin sayı 1402 nəfərə çatıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığının Strateji Kommunikasiyalar İdarəsi məlumat yayıb.

“Ukraynada 1402 rus zabit zərərsizləşdirilib. Yüksək rütbəli zabitlər bu göstəricinin 26 faizini təşkil edir”, – deyə bildirilib.

Qeyd edilib ki, Ukraynada Rusiyanın 2 general-leytenantı, 8 general-mayoru, 44 polkovniki, 98 polkovnik-leytenentı, 193 mayoru, 279 kapitanı, 471 baş leytenantı, 235 leytenantı və 72 digər hərbi rütbəli şəxsi öldürülüb.

Teqlər: