Rusiya-Ukrayna müharibəsi uzanarsa, tikinti materialları kəskin bahalaşa bilər – Ekspert

Rusiya və Ukrayna arasında baş verən hadisələr Azərbaycanın
tikinti sektoruna da öz təsirini göstərir. Buna baxmayaraq, tikinti
materialları bazarında kəskin qiymət artımı müşahidə olunmur.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil
Osmanlı deyib.

“Lakin bəzi tikinti materiallarının qiymətində artım var. Bu da
müəyyən dövr ərzində olacaq. Əsas səbəblər isə Ukrayna bazarlarında
yaranan böhran və Rusiyaya qarşı tətbiq edilən sanksiyalardır. Buna
görə də həmin ölkələrdən göndərilən materiallarda texniki səbəbdən
gecikmələr olur. Yaxın iki həftə ərzində ciddi qiymət artımı
gözlənilmir. Rusiya-Ukrayna müharibəsi uzanarsa, tikinti
materialları kəskin şəkildə bahalaşa bilər. Hazırda dik, karton
məmulatları və dam örtüklərinin qiymətlərində 10% artım müşahidə
olunur”, – deyə ekspert bildirib.

Teqlər: