Putin və Makron Ukrayna və Rusiya arasında danışıqları müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel
Makron arasında telefon danışığı olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən
bildiriblər.

“Ukrayna ətrafında vəziyyətin inkişafının aktual aspektləri, o
cümlədən Rusiya və Ukrayna nümayəndələri arasında bu gün İstanbulda
başa çatan danışıqların növbəti raundu nəzərə alınmaqla fikir
mübadiləsi davam etdirilib”, – deyə Kremldən bildirilib.