Rusiya Ukrayna müdafiə xəttinə böyük hücuma hazırlaşır

Rusiya Ukrayna müdafiə xəttinə böyük hücuma hazırlaşır

Rusiya ordusu Ukraynanın müdafiə xəttinin arxasına hücum etmək üçün desant-hücum briqadaları yaradır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Bu briqadalar Ukraynanın yaxın arxa xəttinə paraşütlər olmadan desant çıxara biləcəklər. Bunlar 24 fevral 2022-ci ildə Kiyev yaxınlığındakı Qostomel hava limanı uğrunda ilk döyüşlər zamanı olduğu kimi, şəxsi heyəti tez yerləşdirmək üçün helikopterlərdən eniş cəhdləri olacaq”, – məlumatda qeyd olunub.

Bildirilib ki, artıq Zaporojye cəbhəsində 58-ci ümumqoşun ordusunun tərkibində 49-cu əlahiddə desant-hücum briqadası fəaliyyət göstərir.

Teqlər: