Rusiya Ukrayna ilə buna hazırdır – Verşinin

Rusiya Ukrayna ilə buna hazırdır – Verşinin

Moskva Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə Ukrayna ilə məhbus mübadiləsinə hazırdır.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

Onun sözlərinə görə, hazırda qurumun köməkliyi ilə bu məsələ ilə bağlı təmaslar aparılır:

“Rusiya BQXK-nin səylərini yüksək qiymətləndirir və faydalı olmaq arzusundadır. BQXK-nin Donbasdakı ofisləri Rusiyanın yerli hakimiyyət orqanları və Rusiya Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri ilə sıx əməkdaşlıq edir”, – Verşinin bildirib.

Teqlər: