Ermənistanda ağır qəza: 15 nəfər yaralandı

Ermənistanda ağır qəza: 15 nəfər yaralandı

Ermənistanın Tavuş vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, İcevan-Göyçə-İrəvan avtomobil yolunda “Qazel” markalı mikroavtobusla VAZ 2106 markalı minik avtomobili toqquşub.

Məlumata görə, qəza nəticəsində 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə İcevandakı xəstəxanaya yerləşdiriliblər.

Teqlər: