Rusiya-Ukrayna cəbhəsində son durum: Qarşılıqlı zərbələr…

Rusiya-Ukrayna cəbhəsində son durum: Qarşılıqlı zərbələr…

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası fevralın 28-də rus qoşunlarının cəmləşdiyi ərazilərə üç zərbə endirib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, raket qoşunları və artilleriya bölmələri öz növbəsində Rusiyanın canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi ərazilərə, həmçinin zenit-raket komplekslərinin iki mövqeyinə zərbələr endirib.

Həmçinin qeyd edilir ki, Rusiya beynəlxalq humanitar hüquq normalarını pozmaqda davam edir, zərbələri davam etdirir, mülki obyektləri və mülki əhalinin evlərini artilleriya atəşinə tutur, Ukraynanın mühüm infrastrukturunu məhv etməyə çalışır.

Teqlər: