Rusiya-Ukrayna böhranı – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Rusiya Ukraynada başlatdığı müharibənin ilk günündən paytaxtı
hədəfə alsa da, bu günə qədər Moskva hələ də Kiyevi ələ keçirə
bilməyib.

Rusiyanın Ukraynaya ötən həftə genişmiqyaslı hərbi
müdaxiləsindən sonra beynəlxalq media bir çox ekspertə istinadən
yazmışdı ki, Kiyevin işğalı 72 saat çəkər.

Rusiyanın Ukraynaya hücumunun 6-cı günündə Kiyev, eləcə də
ölkənin digər əsas şəhərləri Ukraynanın nəzarətindədir.

Bazar ertəsi səhəri şəhərdə həyəcan siqnalı verilərək Kiyevin
atəşə tutulacağı barədə xəbərdarlıq olunsa da, hələlik yeni hücum
qeydə alınmayıb. Hazırda Kiyevdə iki gündür ki, tətbiq olunan
komendant saatı ləğv edilib.

AzerTimes-ın məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Ukrayna-Rusiya böhranı”
mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb.
Verilişin qonaqları – Çingiz İsmayılov – iqtisadçı, Ceyhun Əhmədli
– politoloq və Elçin Mirzəbəyli – siyasi şərhçi mövzu ətrafında
müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: