Rusiya uduzur. Ukraynanın özünü və müttəfiqlərini müdafiə etmək gücündə olduğuna heç kim şübhə etmir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“NATO-nun son illərdə əsas zəif tərəfi o idi ki, dünya alyansın şərq cinahını müdafiə edib-etməyəcəyinə şübhə ilə yanaşırdı. Amma Ukraynanın üzvlüyü bunu aradan qaldırır. Ukraynanın qələbəsindən sonra müttəfiqlər bizim döyüş briqadalarımızın ərazilərində yerləşdirilməsini istəyəcəklər, çünki Ukrayna güc ölkəsidir və bunu hamı görür”, – Zelenski bildirib.