490-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

490-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 490-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 444 təyyarəsi, 240 helikopteri, 4812 PUA-sı, 426 zenit-raket kompleksi, 10395 tank və digər zirehli texnikası, 1132 reaktiv yaylım atəş sistemi, 5254 artilleriya və minaatanı, 11 256 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: