Rusiya Türkiyəyə 184 ton yardım çatdırdı

Rusiya Türkiyəyə 184 ton yardım çatdırdı

Rusiyadan gələn konteyner gəmisi fevral ayında baş vermiş dağıdıcı zəlzələlərdə zərər çəkənlər üçün Türkiyəyə 180 tondan çox humanitar yardım çatdırıb.

AzerTimes xəbər verir, bu barədə “Anadolu Ajansı” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Rusiyadan 184 ton humanitar yardım daşıyan “Evrim Group” konteyner gəmisi Türkiyənin Qara dəniz sahilində yerləşən Ünye limanında dayanıb:

“Soçidən gələn gəmi episentri Qəhrəmanmaraşda olan fevral zəlzələlərində zərərçəkənlər üçün ərzaq çatdırıb. Türkiyə Fövqəladə Hallar İdarəsinin nəzarəti altında olan humanitar yardım fəlakət zonasına göndərilib”.

Teqlər: