Rusiya Türkiyənin bu istəyini dəstəkləmədi – Səfir

Rusiya Türkiyənin bu istəyini dəstəkləmədi – Səfir

Taxıl müqaviləsinin bütün iştirakçıları sazişin 120 gün uzadılmasına razılıq verdilər. Yalnız Rusiya müqaviləni 60 gün uzatmaq istəyir.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib.

“Rusiya tərəfindən fərziyyələr var ki, müqavilənin yalnız 60 gün uzadılmasını istəyib-istəmədiyinə yenidən baxmaq istəyir. Bunlar təcavüzkar ölkənin manipulyasiya cəhdləridir”, – səfir deyib.

Səfir qeyd edib ki, BMT baş katibi və Türkiyənin mövqeyi taxil müqaviləsinin 120 gün uzadılmasıdır.

Teqlər: