Rusiya Türkiyə və Tanzaniya ilə hava əlaqəsini dayandırır

Rusiya 15 apreldən 1 iyuna qədər Türkiyə və Tanzaniya ilə çarter aviareyslərini dayandırır.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin baş naziri müavini Tatyana Qolikova bildirib.

Onun sözlərinə görə, qərarın qəbul edilməsinə səbəb koronavirusa yoluxma hallarının adı çəkilən ölkələrdə kəskin artması olub.


Bildirilir ki, istisna Rusiya vətəndaşlarının ölkəyə qayıtmalarını və Türkiyədə Akkuyu atom elektrostansiyasının tikilməsində iştirək edən “Titan-2” konserninin işçilərini daşınması üçün təşkil edilmiş reyslər təşkil edəcək. Bundan əlavə, qarşılıqlı əsasda həftədə iki dəfə Moskva-İstanbul və İstanbul-Moskva marşrutu ilə reyslər davam etdiriləcək.

Teqlər: