Rusiya tükənmiş vəziyyətdədir, əsgər axtarır – Hoces

Rusiya tükənmiş vəziyyətdədir, əsgər axtarır – Hoces

İlin sonuna qədər Ukrayna rusları fevralın 24-dən əvvələ olan demarkasiya xəttinə sıxışdıra biləcək. Lakin bu, Ukraynanı lazım olan silahlarla təmin etdikdə baş verəcək.

AzerTimes xəbər verir ki, bunu ehtiyatda olan general, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hoces deyib.

“Belə olan halda Krım gələn ilin əvvəlində Ukraynanın nəzarəti altında olacaq. Əminəm ki, rusların döyüşmək iradəsi yoxdur. Ruslar döyüşə getmirlər. Kreml Şimali Koreya, Afrika, Suriyadan, hətta həbsxanalardan döyüşmək üçün ehtiyat əsgərlər axtarır. Çünki insanlar bu müharibənin bir parçası olmaq istəmirlər. Bütün bunlar onu deməyə əsas verir ki, ruslar zəif və tükənmiş vəziyyətdədirlər. Ukraynaya hər cür dəstək təmin edilərsə, ruslar parçalanacaq. Mənə elə gəlir ki, qarşıdakı bir neçə həftə ərzində bizi çətin döyüşlər gözləyir və potensial olaraq Rusiya qoşunları zəifləyəcək. Bununla belə, biz Ukraynanı hər şeylə təmin etməliyik”, – general bildirib.

Teqlər: