Paşinyan: Azərbaycanla sərhədin açılmasında maraqlıyıq

Paşinyan: Azərbaycanla sərhədin açılmasında maraqlıyıq

Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır. Bu prosesin Rusiyanın dəstəyi ilə başa çatdırılmasını gözləyirik.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərində keçirilən Şərqi İqtisadi Forumunda çıxış edərkən bildirib.

O, Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə komissiyanın işindəki irəliləyişdən də bəhs edib:

“Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə üçtərəfli komissiyanın fəaliyyətində irəliləyiş var, lakin hələ ki, bütün məsələlər həllini tapmayıb”.

Teqlər: