Rusiya TRAMP-ı uçurdur

Rusiya TRAMP-ı uçurdur

Rusiya aprel ayında TRAMP təyyarə tipli nəqliyyat dronunun ilk uçuşunu planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“TRAMP-ın yaradıcıları dronu yerdə sınaqdan keçirməyə başlayıblar. Dronun idarəetmə sistemləri və mexanizmləri yoxlanılır, parametrləri dəqiqləşdirmək üçün uçuş-enmə zolağından çıxmadan bir sıra manevrlər həyata keçirilir”, – məlumatda qeyd olunub.

Məlumata görə, dron mülki məqsədlər üçün ərazilərin monitorinqi və kənd təsərrüfatında da istifadə oluna bilər.

Dron 600 km məsafəyə 250 kiloqrama qədər yük aparmaq qabiliyyətinə malikdir.

Teqlər: