Rusiya Tiflisi “alqışlamağa” başladı

Rusiya Tiflisi “alqışlamağa” başladı

Ermənistan dəmir yolu şəbəkəsini Rusiya ilə birləşdirən Cənubi Qafqaz dəmir yolunun Abxaziya hissəsinin blokdan çıxarılması üçün müvafiq şərtlər yetişməlidir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

Onun sözlərinə görə, ilk növbədə Rusiyanın müstəqil dövlət kimi tanıdığı Abxaziyanın özünün rəhbərliyində şərait yetişməlidir:

“İkincisi, Rusiya-Gürcüstan münasibətlərinin şəffaf və proqnozlaşdırıla bilən olması lazımdır. İndi Gürcüstanın hazırkı rəhbərliyinin bütün sanksiya məsələlərinə kifayət qədər sakit münasibətini görür və bunu alqışlayırıq. Ancaq hələ də qət etməli olduğumuz bir yol var”.

Teqlər: