Rusiya təyyarəsi Kubada qartalla toqquşub

Xəbər - Orxan Nəbiyev – Trend:

Kubada Rusiyaya uçuş həyata keçirən sərnişin təyyarəsi uçuş-eniş zolağında quşlarla toqquşub.

AzerTimes-ın məlumatına görə, insident “Azur Air” aviaşirkətinin Varadero-Moskva reysini həyata keçirən təyyarəsində qeydə alınıb.

Qeyd olunur ki, təyyarə havaya qalxan zaman iki qartal ona çırpılıb və pilot təyyarəni qəfil dayandırmalı olub. Nəticədə təyyarənin təkəri partlayıb.

Hadisə nəticəsinə sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin əlavə göyərtə ilə Moskvaya yola salınacağı bildirilib.