Rusiya təkzib etmişdi, Zaxarova isə təsdiqlədi

Rusiya təkzib etmişdi, Zaxarova isə təsdiqlədi

Vladimir Zelenski Odessa limanının atəşə tutulmasını açıq-aşkar rus barbarlığı adlandırıb. O deyib ki, əgər kimsə Rusiya ilə hansısa dialoqun vacibliyindən hələ də danışırsa, baş verənlərə baxsın, “Kalibr” raketləri bu cür bəyanatların mümkünlüyünü məhv etdi.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova Odessanın vurulması ilə bağlı Teleqram kanalında qeyd edib.

“Kalibr” raketi Odessa limanındakı hərbi infrastrukturu məhv edib, Ukraynaya məxsus hərbi qayığı yüksək dəqiqliklə Kiyev rejiminin sevdiyi ünvana göndərib”, – Zaxarova bildirib.

Qeyd edək ki, İstanbul sazişindən sonra Odessaya raket zərbəsi narahatlıq yaratmışdı. Rusiya tərəfi bu zərbəni endirmədiyini bildirirdi.

Teqlər: