Rusiya təhlükəsizliyin qarantı ola bilməz – Yermak

Rusiya təhlükəsizliyin qarantı ola bilməz – Yermak

Ukrayna və ölkənin Qərb tərəfdaşları Rusiyanın ölkəmizin təhlükəsizliyinin qarantına çevrilməsi ehtimalını nəzərdən keçirmir.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

“Biz onlara təklif etmədik, təminatçı olmaq istəyən Rusiya idi. Amma təcavüzkarın eyni zamanda təhlükəsizliyin təminatçısı olması mümkün deyil. Borodyankadan, Buçadan sonra Rusiyanın bizə zəmanət verən ölkələr sırasında olmasının mümkünlüyünə nə biz inanırıq, nə də partnyorlarımız”, – Yermak qeyd edib.

Teqlər: