Rusiya taxıl bazarında monopoliya yaradır

Rusiya taxıl bazarında monopoliya yaradır

Rusiya hakimiyyəti menecerlər kimi deyil, siyasətçilər kimi düşünür. Moskva taxıl bazarında monopoliya yaradaraq xeyli uduzur.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“Taxıl baxımından Ukrayna əvəzinə bu və ya digər bazarı doldura bilərsiniz. Misirlə və ya məhsullarımızın idxalçısı olan digər dövlətlərlə. Amma sonra bütün bunlar sona çatanda biz Misirə başqa qiymətlər təklif edəcəyik, onlar Rusiyadakı taxıl qiymətlərindən aşağı olacaq və dövlət yenə sərfəli olana keçəcək”, – Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Rusiya hakimiyyətinin hərəkətləri böyük səhvdir, çünki belə siyasətin nəticəsi dünyada qida soyqırımı olacaq.

Teqlər: