Rusiya “Storm Z” adlı xüsusi təyinatlı qüvvələr yaradır

Rusiya “Storm Z” adlı xüsusi təyinatlı qüvvələr yaradır

Rusiya şəhər döyüşlərini aparmaq üçün ehtiyat hərbçilərdən ibarət “Storm Z” adlı xüsusi təyinatlılar qrupunu formalaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, hər bölüyü 100 nəfərdən ibarət olacaq “Storm Z” mühüm obyektləri, istehkamları, komanda məntəqələrini və rabitə mərkəzlərini ələ keçirmək məqsədilə şəhərlərdə və ya çətin coğrafi ərazilərdə döyüş əməliyyatları aparmaq üçün nəzərdə tutulub.

İnstitutun analitikləri bildiriblər ki, qrup Cənub Hərbi Dairəsinin uğursuz hücum əməliyyatlarını dəstəkləmək üçün Avdeyevka-Donetsk cəbhə xətti boyunca yerləşdiriləcək:

“Bu bölmələrin hərəkətlərinin effektivliyi sual altındadır, çünki onlar cəmi 10-15 günlük sürətləndirilmiş təlim keçirlər. Bu müddət hətta təcrübəli hərbi qulluqçular üçün də mürəkkəb döyüş tapşırıqlarını yerinə yetirməyi öyrənmək və döyüş ahəngdarlığına nail olmaq üçün çox qısadır”.

Teqlər: