Rusiya şirkətləri IT sahəsində AZPROMO-nun konsepsiyasından yararlana bilər

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)
informasiya texnologiyaları sahəsində əməkdaşlıq üçün konsepsiya
hazırlayıb və Rusiya şirkətləri bu konsepsiyadan yararlana
bilər.

Trend-in
məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail
Boçarnikov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2020-ci ildə tərəflər arasında innovasiya
və texnologiyalar sahəsində əməkdaşlığı nəzərdə tutan sənəd
imzalanıb və bu çərçivədə texnologiya şirkətləri fəal əməkdaşlıq
edir.

“Rusiya innovasiyalarına Azərbaycan bazarında tələb var.
Azərbaycanın bütün mağaza şəbəkələri Rusiya texnologiyaları ilə
işləyir. Bundan başqa, kosmik fəaliyyət sahəsində əməkdaşlıq davam
edir. Bu fəaliyyət ölkələrimiz üçün ümumdövlət əhəmiyyəti daşıyır”,
– M.Boçarnikov deyib.

(Tərcümə: Orxan Nəbiyev)