Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycanın azad edilmiş ərazilərində artıq Rusiya şirkətləri
işləyir.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat
nazirinin müavini Niyazi Səfərov deyib.
Onun sözlərinə görə, 20-yə yaxın Rusiya şirkəti azad edilmiş
ərazilərdə fəaliyyət üçün maraq göstərib və onlardan bəziləri artıq
işə başlayıb.
“Azərbaycan və Udmurtiya ticarət münasibətlərinin
genişləndirilməsinə xidmət edəcək tədbirlər planını müəyyən edib.
Biz tədbirlər planları, yol xəritələri, iqtisadi inkişaf
prioritetləri kimi məsələləri müzakirə etmişik”, – deyə o
bildirib.
Nazir müavini qeyd edib ki, investisiya layihələri və məlumat
mübadiləsi mexnaizmləri də müəyyən edilib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)