Rusiya şirkəti işçilərinə xaricdən işləməyi qadağan edir

Rusiya şirkəti işçilərinə xaricdən işləməyi qadağan edir

İyun ayından etibarən Rusiyanın mobil operatoru MTS öz işçilərinə xaricdən işləməyi qadağan etmək qərarına gəlib.

AzerTimes xəbər verir ki, bu barədə “Spektr” portalı şirkətdəki mənbələrə istinadən məlumat dərc edib.
MTS başqa ölkələrdə olan işçilər üçün korporativ resurslara uzaqdan girişi bağlamağa hazırlaşır, buna görə də onlar işləyə bilməyəcəklər.

“Onlara Rusiyaya qayıtmaq təklif olunub. Əks halda onlarla müqaviləyə xitam veriləcək”, – mənbə bildirib.

Teqlər: